SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2143_diplomatik-korpusun-numay-nd-l-ri-urbisid-m-ruz-qa

SON XƏBƏR

Hamısı

Diplomatik korpusun nümayəndələri urbisidə məruz qalmış Ağdamda - FOTO

(2 Ay, 28 Gün öncə) 7,34 B İzlenme 0 Yorum
Diplomatik korpusun nümayəndələri urbisidə məruz qalmış Ağdamda - FOTO

Noyabrın 28-də Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etmək olub.

Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Diplomatlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər Ağdamda yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Hikmət Hacıyev bildirib ki, diplomatik korpusun nümayəndələri ilə yanaşı, bu səfərdə Ağdamın “Qarabağ” futbol klubunun üzvləri, dini konfessiyaların nümayəndələri də iştirak edirlər. “Qarabağ” uzun illərin intizarından sonra artıq doğma Ağdama gəlib.

Prezidentin köməkçisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 853 saylı qətnamədə Ağdamın işğalı qəti şəkildə pislənilir və Ermənistan qoşunlarının çıxarılması tələb olunur. O vaxtdan bu günədək Ermənistan öz qoşunlarını Ağdamdan çıxarmayıb. Azərbaycanın ən çiçəklənən rayonlarından biri olan Ağdam tamamilə məhv edilib. Artıq dünya ictimaiyyəti ermənilərin törətdikləri bu vəhşilikləri real olaraq görür. Erməni vandalizmi göz qabağındadır. Ağdamlılara qarşı törədilmiş etnik təmizləmə beynəlxalq hüquqa əsasən soyqırımı adlandırılırsa, şəhərə qarşı törədilmiş vəhşilik isə urbisid adlandırıla bilər. Bu, 1963-cü ildən bəri beynəlxalq münasibətlərdə şəhərlərin viran qoyulmasını xarakterizə edən bir termindir. 

Bu gün Ağdam şəhəri dünyada urbisid, yəni şəhərə qarşı həyata keçirilən soyqırımı muzeyidir. Bunu beynəlxalq ictimaiyyət görür. Ancaq Azərbaycan öz quruculuq siyasəti ilə Ağdamı yenidən dirçəldəcək, cənnətə çevirəcək. Azərbaycan buradakı bütün abidələri yenidən bərpa edəcək, onlara qayğı göstərəcək. Eyni zamanda, erməni işğalı zamanı dağıdılmış xristian abidələri də bərpa ediləcək. Onlar qorunacaq, bəşər sivilizasiyasının tərkib hissəsi olaraq zəruri diqqət və qayğı göstəriləcək. Bu gün dini konfessiyaların nümayəndələrinin də Ağdamda olması ölkəmizin multikulturalizmə, mədəniyyətlərarası, dinlərarası dialoqa töhfəsinin bariz nümunəsidir. Biz simvolik olaraq indi Ağdam məscidinin qarşısındayıq.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov dövlətimizin başçısının müdrik siyasəti nəticəsində Ağdamın bir güllə belə atmadan, bir şəhid vermədən azad edildiyini bildirib. O, Prezidentimizin rəhbərliyi ilə Ağdamın bərpa ediləcəyini, dünyanın dağıdıcı Ermənistandan fərqli olaraq Azərbaycanın nə qədər qurucu dövlət olduğunu görəcəyini bildirib, bütün ağdamlılar adından Müzəffər Ali Baş Komandan minnətdarlıq edib.

Səfərdə iştirak edən dini konfessiyaların nümayəndələri işğaldan azad edilmiş rayonların sakinlərini və bütün Azərbaycan xalqını təbrik ediblər. Onlar, eyni zamanda, gördükləri dağıntılardan kədərləndiklərini bildiriblər.

Dini konfessiyaların nümayəndələri onlara göstərilən diqqət və qayğıya Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, ölkəmizdə mövcud olan multikulturalizmdən məmnunluqlarını ifadə ediblər. Həmçinin ölkəmizin ərazisində mövcud olan bütün məbədləri tarixi sərvətimiz hesab edən dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

Diplomatların diqqətinə çatdırılıb ki, digər tarixi abidələrimiz kimi, XIX əsrin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan edilib, yandırılıb, dağıntılara məruz qalıb. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra məsciddə təmizlik işləri aparılıb, 27 ildən sonra azan verilib.

Diplomatlar burada məşhur fotoqraf Reza Deqatinin 1992-ci ildə Xocalı faciəsindən sonra çəkdiyi fotolara da baxıblar.

Sonra Xalq artisti Mənsum İbrahimov Ağdam Dram Teatrının binasının qalıqları önündə “Qarabağ şikəstəsi”ni oxuyub.

Daha sonra Ağdam Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarı ziyarət olunub. Diqqətə çatdırılıb ki, Şəhidlər Xiyabanı da erməni vandalları tərəfindən yerlə-yeksan edilib, məzarların yeri belə bilinmir. Burada mindən artıq məzar var idi. Onlar ermənilər tərəfindən tamamilə dağıdılıb.

Diplomatlar Çörək muzeyinə, Qarabağ xanı Pənahəli xanın imarətinə (XVIII əsr), Natəvanın və onun oğlunun türbəsinə (XIX əsr) də baxıblar.

Səfər zamanı “Qarabağ” futbol klubu 27 ildən sonra doğma meydanda – məşhur “İmarət” stadionunda simvolik futbol matçı oynayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    16 Gün, 18 Saat öncə
BIST
1542-0,64
ALTIN
442,371-0,01
EURO
9,01050,76
DOLAR
7,39850,43
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 24 şəxs qatıldı