SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2080_islam-olk-l-ri-arasinda-ticar-t-m-kdasliginin-gucl

İQTİSADİYYAT

Hamısı

İslam ölkələri arasında ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə edilib - FOTO

(3 Yil, 5 Ay öncə) 7,44 B İzlenme 0 Yorum
İslam ölkələri arasında ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə edilib - FOTO

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasının açılış mərasimi keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, noyabrın 25-də 36-cı sessiyasının videokonfrans formatında açılış mərasimi təşkil olunub.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən tədbirdə İƏT üzvü olan dövlətlərin nümayəndə heyətləri, İƏT-in ixtisaslaşmış institutlarının və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusef bin Ahmad Al-Osaymi, Asiya, Ərəb və Afrika regional qrupları üzrə Banqladeş, Küveyt və Nigeriya rəsmiləri İƏT-ə daxil olan dövlətlər arasında qardaşlıq və həmrəylik əlaqələrinin genişləndirilməsinin önəmini qeyd edərək, iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi yolları barədə fikirlərini diqqətə çatdırıblar.

Daha sonra Azərbaycana xüsusi çıxış üçün söz verilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov İƏT-in islam dünyasında rifahın yaxşılaşdırılması və problemlərin həllində əhəmiyyətli rolunu vurğulayıb, üzv dövlətlərin qurumun müxtəlif platformaları vasitəsilə əməkdaşlıq etdiyini, birgə layihələr icra olunduğunu qeyd edib.

Bildirilib ki, Azərbaycan COMCEC-in COVID-19 pandemiyası ilə bağlı xüsusi proqramında iştirak edir.

Azərbaycanın İƏT üzvü olan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı barədə məlumat verən Mikayıl Cabbarov 2020-ci ilin 10 ayında COMCEC ölkələrinin Azərbaycanın xarici ticarətindəki payının 22 faiz təşkil etdiyini, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün İƏT qurumları arasında tərəfdaşlıq layihələrinin artırılmasının önəmini vurğulayıb.

Qeyd edilib ki, İslam İnkişaf Bankı ilə Azərbaycan uğurlu əməkdaşlıq həyata keçirir, indiyədək bank tərəfindən ölkəmizdə müxtəlif sahələrə 1 milyard dollaradək maliyyə vəsaiti ayrılıb.

COMCEC-in 36-cı sessiyasında Mikayıl Cabbarov 27 sentyabrda Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatı barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, İƏT və onun alt qurumları tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çoxsaylı qətnamələr qəbul edildiyini, bəyanatlar verildiyini və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Bütün münaqişə boyu və 44 günlük müharibə müddətində Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi böyük dəstəyin ölkəmizə və xalqımıza əlavə güc və ruh yüksəkliyi verdiyini  vurğulayan nazir bu dəstəyə görə Azərbaycan Hökuməti adından təşəkkürünü bildirib. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik.

Eyni zamanda, şərəfli və haqq yolumuzda Azərbaycana dəstək olan digər ölkələrə də minnətdarlıq ifadə edilib.

İslam dünyasında əməkdaşlığın bariz nümunəsi sayılan COMCEC-in 36-cı sessiyasının işinə uğurlar arzulayan Azərbaycanın iqtisadiyyat naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı