SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2069_turkiy-d-n-fransa-senatinin-q-bul-etdiyi-q-tnam-il

TÜRKİYƏ

Hamısı

Türkiyədən Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı BƏYANAT

(3 Yil, 5 Ay öncə) 6,40 B İzlenme 0 Yorum
Türkiyədən Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı BƏYANAT

“Dünən Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə, beynəlxalq hüququn ən təməl prinsiplərinin, legitimliyin və ədalətin daxili siyasət mülahizələri naminə nəzərə alınmamasının ibrətlik nümunəsidir”. 

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Qurum Fransa Senatının bu qərarı həm də həmsədrlər tərəfindən aparılmış ATƏT-in Minsk Qrupunun işini niyə bu günə qədər həll edə bilmədiyinin bariz göstəricisi adlandırıb.

“Ermənistanın əvvəlcə Tovuzda, daha sonra Dağlıq Qarabağda sərgilədiyi təcavüz və təxribatlardan sonra Azərbaycan lazımi cavabı verdi və 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü bərpa etdi”, - deyə bəyanatda bildirilib.

Türkiyə XİN-in bəyanına görə, Azərbaycanın bu meydandakı nəticəsi BMT-nin qətnamələrində və Fransanın həmsədri olduğu Minsk prosesi zamanı qeydə alınan, lakin həyata keçirilməyən hüquqların konkretləşdirilməsində əks olunur. Çünki BMT-nin müvafiq qətnamələri ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tənzimləyir. 

“Belə bir vəziyyətdə Fransa Senatının Azərbaycanın işğaldan azad etdiyi öz torpaqlarından çəkilməyə çağırması, ciddiyə alınmayacaq qədər gülünc, qərəzli və qeyri-real anlayışın təzahürüdür.

Heç bir ağlabatan əsaslandırması olmayan bu məntiqdən məhrum qərar, Fransanın məsələnin həllinə həqiqi mənada töhfə verməsini məhdudlaşdırır”, - deyə məlumatda bildirilir.

“30 ilə yaxındır davam edən Azərbaycan-Ermənistan münaqişəsində əldə olunan mərhələdə Fransanın  artıq düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcəyinə ümid edirik. Bunun üçün mövcud həqiqətlərə əsaslanan beynəlxalq hüquqa uyğun qalıcı bir həll yolu tapmaq üçün səy göstərmək kifayətdir”, - bəyanatda vurğulanıb.

Türkiyə XİN Ankaranın yaxın ərazilərdə on illərdir davam edən bu münaqişənin regional sülh və sabitliyinə töhfə vermək üçün digər müttəfiqləri kimi Fransa ilə birlikdə çalışmağa hazır olduğunu vurğulayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı