SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1960_27-illik-isgaldan-sonra-agdam-oz-azadligina-sahibl

CƏMİYYƏT

Hamısı

27 illik işğaldan sonra Ağdam öz azadlığına, sahiblərinə qovuşdu

(3 Yil, 5 Ay öncə) 869 İzlenme 0 Yorum
27 illik işğaldan sonra Ağdam öz azadlığına, sahiblərinə qovuşdu

ÜMİDTV:       Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi oldu. Bu bəyanatda nəzərdə tutulan məsələlər Azərbaycanın güc yolu ilə Ermənistanı respublikamızın ərazi bütövlüyü ilə razılaşmaların yerinə yetirilməsinə məcbur etməsidir. Bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib. Beləliklə, 27 illik işğaldan sonra Ağdam azadlığına, öz sahiblərinə qovuşdu.
Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaqlarını bildirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Beləliklə, Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi. Cəbrayıldan, Füzilidən, Zəngilandan, Qubadlıdan, Şuşadan sonra artıq Ağdam da Azərbaycandır. Dekabrın 1-dək isə kapitulyasiya etmiş Ermənistan Kəlbəcər və Laçın rayonlarından məğlub ordusunun qalıqlarını çıxaracaq.
Onu da qeyd edək ki, Ağdamın işğaldan azad olunması BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərinin yerinə yetirilməsidir. Bu qətnamə BMT Təhlükəsizlik Şurasının Ağdamın işğalından bir neçə gün sonra, 1993-cü il iyulun 29-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Ağdam rayonundan və Azərbaycanın digər işğal edilmiş rayonlarından dərhal, tam və qeyd-şərtsız çıxarılması tələb edilirdi.
Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirməyib. Qətnamənin icrasız qalmasının əsas səbəbi isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışıqlar prosesi zamanı işğalçıdan bunu tələb etməmələri olub. Lakin 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan işğalçını BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail oldu. Yaxın günlərdə isə işğalçı qoşunların Kəlbəcərdən çıxarılması ilə BMT-nin 822 saylı qətnaməsinin tələbləri yerinə yetiriləcək.
Rayonlarımızın, şəhər və kəndlərimizin azad olunması, İranla dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan Ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Ermənistanın bir neçə mərhələli müdafiə mövqelərinin yarılması, Şuşanın azad edilməsi dünya hərb elminin öyrənmək üçün müraciət edəcəyi hərbi əməliyyatlar olacaq. Azərbaycanın ikinci Qarabağ savaşında tətbiq etdiyi döyüş nümunələri müasir hərbi əməliyyatların aparılması baxımından bir çox dövlətlərin marağına səbəb olub. Dövlət başçımızın həyata keçirdiyi mükəmməl ordu quruculuğunun nəticəsində Azərbaycan Ordusu Qarabağ müharibəsində bütün dünyanı heyrətləndirdi. Birbaşa döyüş meydanında sübut olundu ki, Azərbaycan hərbi qüdrətinə görə aparıcı dövlətlər sırasındadır.
Həm inin ölkəmiz diplomatiya və informasiya cəbhələrindən də qalib çıxdı. Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən ölkəmizə qarşı diplomatik həmlələrin də qarşısını aldı. Dünya erməniliyi hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycana qarşı rıçaqlarını işə salmışdı. Erməni lobbisi, müxtəlif siyasi mərkəzlər hərbi əməliyyatların dayandırılması, status-kvonun bərpa edilməsi üçün əllərindən gələni edirdilər. Azərbaycana qarşı Avropa KİV-ində feyk informasiyalar dövriyyəyə buraxılmışdı. Hətta Prezident İlham Əliyevdən müsahibə alan bəzi KİV öz təxribatçı sualları ilə erməni lobbisinin sifarişlərini yerinə yetirirdilər.
Lakin İlham Əliyev diplomatiya və informasiya cəbhələrində ölkəmizə yönələn bütün hücumların qarşısını qətiyyətlə alaraq dəf etdi. Hətta oktyabır ayında BMT-də xüsusən Fransanın təşəbbüsləri ilə Ermənistanın maraqlarına cavab verən qətnamənin qəbuluna cəhd göstərildi. Lakin beynəlxalq hüquq son nöqtəsinə qədər Azərbaycanın tərəfində olduğundan, əsasən də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirdiyi uğurlu diplomatik fəaliyyətin nəticəsində bu riyakar cəhd baş tutmadı. Noyabrın 10-da Ermənistanın kapitulyasiya bəyanatı imzalamağa məcbur edilməsi həm də Prezident İlham Əliyevin bütün beynəlxalq təzyiqlərə qalib gəlməsinin təsdiqi oldu.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. İşğalçı Ermənistan təslim olmağa məcbur edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı