SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1951_turkiy-faktoru-h-r-seyi-d-yisdi-m-shur-rusiyali-po

MÜSAHİBƏ

Hamısı

Türkiyə faktoru hər şeyi dəyişdi – Məşhur rusiyalı politoloqla MÜSAHİBƏ

(3 Yil, 5 Ay öncə) 901 İzlenme 0 Yorum
Türkiyə faktoru hər şeyi dəyişdi – Məşhur rusiyalı politoloqla MÜSAHİBƏ

ÜMİDTV:        Məşhur rusiyalı jurnalist, politoloq, Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, “Rusiya Qlobal Siyasətdə” jurnallının baş redaktoru Fedor Lukyanov Qarabağda Azərbaycanın qələbəsi ilə yekunlaşan müharibənin davamı olan siyasi proseslər barədə Media.Az saytının suallarını cavablandırıb.

- ATƏT-in Minsk Qrupu daha çox ölüdür? Son günlərdə ATƏT-in Minsk Qrupunun aktivləşdirilməsinin vacibliyi, bəzi funksiyaların ona verilməsi barədə yenidən müzakirələr başlayıb...

- Minsk Qrupu mövcud olmağa davam edəcək, axı heç kim ATƏT-i ləğv etməyib. İstənilən beynəlxalq institusional qurumu yaratmaq daha asandır, nəyin ki, onun fəaliyyətinə xitam vermək. Beynəlxalq səviyyədə bürokratik ətalət milli səviyyədə olan ətalətdən daha güclüdür. Bundan əlavə, nəzərə alınmalıdır ki, ABŞ və Fransa Minsk Qrupunun həmsədr ölkələridir və onlar öz rollarını müəyyənləşdirmək istəyirlər.

İndi vəziyyət (Qarabağ münaqişəsi ətrafında - red) Qərb dövlətlərinin iştirakı olmadan dəyişib, buna görə də hər hansı bir vasitə ilə də olsa bu prosesdə qalmaq, bəlkə də öz rollarını geri qaytarmaq istəyirlər. Minsk Qrupu formatı onlara belə bir fürsət verir. Bu struktur həqiqətənmi hər hansı bir funksiyanı yerinə yetirəcək və ya proseslərə təsir edəcək? Mən əmin deyiləm. İndi vəziyyət başqa bir mərhələyə keçib. Əsas rolu münaqişə zonasında gücə sahib olanlar, yəni Rusiya və Türkiyə və təbii ki, iştirakçı olaraq Azərbaycanla Ermənistan oynayır.  Məhz bu ölkələr prosesin dinamikasını müəyyənləşdirirlər. Qalanları isə bir növ köməkçi funksiyalarla məşğul olmağı təmin edə bilər, ancaq nəyisə müəyyənləşdirə bilməz.

- Azərbaycandakı və bir çox başqa ölkələrdəki mütəxəssislər Minsk Qrupunun özünü nüfuzdan saldığını düşünürlər. Tərəflərdən biri olan Fransanın Ermənistanın tərəfini açıq şəkildə tutan davranışlarına diqqət yetirmək kifayətdir. Seçkilərə görə Qarabağ ABŞ-ın marağında deyildi, baxmayaraq ki, orada da “erməni faktoru”nu istifadə etməyə çalışdılar. Sizin sözlərinizə görə də ATƏT-in Minsk qrupu konkret nəyisə həll edə bilmir.

- Dediyim kimi, indi artıq başqa mərhələdir. Hadisələrin gedişini birbaşa təsir etmək imkanı olanlar müəyyən edir. Bunlar isə sadaladığım dörd ölkədir.

Əlbəttə ki, ABŞ-ı tamamilə hadisələrdən kənarda saxlamaq mümkün olmayacaq. Bu ölkə fərqli istiqamətlərdə müxtəlif böyük imkanlara malikdir. Yeni rəhbərliyin (Co Bayden - red.) dövründə ABŞ-ın regional münaqişələrə marağı bir qədər yüksək olacaq. Vaşinqton müvafiq olaraq müəyyən aktivlik göstərəcək. Ölkələr iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid olanlar hadisələrin gedişatını birbaşa müəyyən edir, ikinci kateqoriyadan olanlar isə onlara mümkün qədər təsir etməyə çalışır.

Ayrı bir mövzu Türkiyədir. Ankara faktoru bölgədə nə qədər ciddidir?

Siz bunu daha yaxşı bilirsiniz (gülür). Əslində türk faktoru hər şeyi dəyişdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti qətidir. Ankaranın yalnız Cənubi Qafqazda deyil, bütün sərhədləri boyunca apardığı roldan çox şey asılıdır.

Azərbaycanla Ermənistan arasında imzalanmış böyük siyasi sazişin perspektivləri barədə nə düşünürsünüz? Bakı, ki bu başa düşüləndir, əlləri qan içində olan rejimin nümayəndələri ilə danışmağa hazır deyil..

- Mən indi heç bir perspektiv görmürəm. Məsələ güc yolu ilə bir tərəfin digər tərəfə üzərində üstünlüyü ilə həll edildi. Ermənistanda nə vaxt və necə bitəcəyi bilinməyən kəskin bir siyasi böhran var. İrəvandakı hökumət özünü qoruyub saxlaya və ya dəyişə bilər. Xarici oyunçular öz maraqlarını təmin etdilər, ancaq bu maraqlar da dəyişə bilər


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı