SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1918_bu-gun-dliyy-iscil-rinin-pes-bayramidir

SON XƏBƏR

Hamısı

Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır

(3 Yil, 4 Ay öncə) 2,40 B İzlenme 0 Yorum
Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır

ÜMİDTV:     Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsis edilən 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür.

Hər ilin bu günü ədliyyə orqanlarında, məhkəmələrdə çalışan və peşəsini layiqincə yerinə yetirən ədliyyə işçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Bu gün ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından nə az, nə çox düz 102 il keçir. Bu heç də az bir müddət deyil. Azərbaycanda ədliyyə və məhkəmə sisteminin fəaliyyətinə hər il artır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı sözügedən fəaliyyət istiqamətində səmərəliliyi olduqca artırıb.

Ümumiyyətlə, dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi hər zaman aktual məsələlərdən olub və olacaq. Belə bir zərurət bütövlükdə cəmiyyətin daim inkişafda olmasından xəbər verir.

Azərbaycan Respublikasında aparılan hüquq islahatları müasir hüquq və idarəetmə sisteminin qurulmasına və hüquqi münasibətlərin modernləşdirilməsinə yönəlmiş demokratik inkişafın ayrılmaz hissəsdir. Bu islahatlar Konstitusiya müddəalarını reallaşdıraraq, cəmiyyətin hüquqi əsaslarının və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir.

Bu gün keyfiyyətcə daha yeni, daha səmərəli fəaliyyət mərhələsinə qədəm qoymuş məhkəmə-hüquq islahatları ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və ədliyyə orqanlarının inkişafına yönəlib.

Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulmasının təməlində möhkəm ədliyyə sistemi dayanır. Möhkəm ədliyyə sisteminin yaradılması isə əzm və iradə tələb edir. Burada əsas məqsəd cəmiyyətdə insanların bütün hüquqlarına hörmətlə yanaşılmasını, açıq vətəndaş cəmiyyətinin yaradılmasını və inkişafını təmin etməkdir.

Mükəmməl normativ-hüquqi baza əsasında fəaliyyət göstərən və bu ümumi məqsədlə birləşdirilən ədliyyə orqan, idarə və təşkilatların prinsipi ölkədə daim haqq-ədaləti qoruyub saxlamaqdır.

Ümumiyyətlə, ədliyyə sözünün mənası çox genişdir. Struktur bölmələr olan həmin idarə və təşkilatlar bir-biri ilə sıx bağlı və qarşılıqlı fəaliyyət göstərərək, sistemin bütövlüyünü şərtləndirirlər. Əsl mənada möhkəm ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında barəbərlik və onun hər kəs tərəfindən icrası təmin olunur.

Başda ədliyyə naziri Fikrət Məmmədov olmaqla, Azərbaycanda qanunun aliliyinin təmin olunmasına və insan hüquqlarının etibarlı müdafiəsinə xüsusi önəm verərək, öz peşəsini şərəf və ləyaqətlə yerinə yetirən ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edir, bundan sonra da ədalətin keşiyində dayanaraq, dövlətçilik maraqlarına sədaqətlə xidmət etməyi arzu edir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı