SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1897_40-dan-cox-erm-ninin-icind-uc-saat-muhasir-d-qalan

CƏMİYYƏT

Hamısı

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - FOTO

(3 Yil, 4 Ay öncə) 836 İzlenme 0 Yorum
40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - FOTO

İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından biri də 26 yaşlı Taleh Əliyevdir. O, Vətən müharibəsinin ilk günündən ehtiyatda olan kəşfiyyatçı-əsgər kimi ordu sıralarına qatılıb, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində döyüşlərdə iştirak edib. Hərbçimizin sonuncu döyüşü isə Qırmızı bazar ətrafında olub. Üzündən aldığı qəlpə yarası Şuşa uğrunda döyüşmək arzusuna mane olsa da, Taleh cəbhə yoldaşlarının qazi və şəhidlərimizin qisasını layiqincə aldıqlarına əmindir.

“Qafqazinfo” qəhrəman qazimizin evində olub, döyüş xatirələrini dinləyib. 

Taleh Əliyev düşmənlə bir neçə dəfə üzbəüz gəldiklərini deyir:

“Bizim 4-5 əsgərimizin qabağında onların 30-40 əsgəri dayana bilmirdi. Üstlərinə hücum edəndə öz yoldaşlarını, hərbi hissələrini qoyub qaçırdılar. Biz həmin anlarda özümüzlə fəxr edirdik. İşğal olunan ərazilərimiz azad olunduqca qürur duyurduq. Döyüşə girərkən hər bir əsgərimizin gözündə vətənpərvərlik, döyüşmək hissi var idi. Bu, bizə ruh verirdi”. 

Qazimiz deyir ki, döyüş yoldaşları ilə bərabər Qarğabazarı yaxınlığında mühasirədə qalıblar. Say baxımından düşməndən xeyli az-12-13 nəfər olsalar da, 40-dan çox erməni əsgərinə üç saatdan artıq müqavimət göstəriblər. Hər biri şəhid olmağı gözə alsa da, sonda onları digər döyüş yoldaşları mühasirədən xilas edə bilib. 

Sonuncu döyüş qazimiz üçün keçirdiyi ən ağır döyüşlərdən biri olub. Müharibədən qazandığı dostların bir neçəsini elə döyüş meydanında da itirib. Taleh cəbhə yoldaşlarına da “qardaş” deyə müraciət edir: 

“Sonuncu dəfə oktyabrın 25-dən 26-na keçən gecə Füzulidən Şuşa istiqamətinə gedən yolda, Qırmızı bazar yaxınlığında ağır döyüş oldu. Biz artilleriya hücumuna məruz qalmışdıq. Məni döyüşçü qardaşım Gülverdi yuxudan oyatdı, özü isə avtomatını götürməyə getdi. Bu vaxt yaxınlıqda mina partladı. Ərazimizə bir dəqiqə ərzində 15-ə yaxın mina düşdü. Gülverdinin yerə uzandığını gördüm, artıq bədəninin bir hissəsi yox idi, şəhid olmuşdu. Ən axırıncı etdiyi məni yuxudan oyatmaq oldu, həyatda qalmağı ona borcluyam. O döyüşdən çıxanda bir neçə yaralımız var idi. Mən özüm yaralananda artıq ora üçüncü dəfə yaralımızı çıxarmaq üçün qayıdırdım.

Özümə təcili yardım maşınında gəldim. Fikirləşməyə başlayanda ilk düşündüyüm döyüş yoldaşlarım - Asif, Toğrul, Gülverdi oldu. İstədim yanımdakılardan onları soruşum, amma aldığım zərbədən ağzımı açıb soruşa bilmirdim”. 

Qazimizin atası Zaur Əliyev deyir ki, onlar əslən Ağdam rayonundan olsalar da, Taleh heç vaxt Ağdamı görməyib, rayonun işğalından sonra doğulub. O, oğlunun cəbhəyə aparılması xəbərini eşidəndə həyəcan keçirsə də, ürəyi qürur hissi ilə dolub:

“Sevindim ki, bizim ailədən, bizim nəsildən də vətən uğrunda döyüşən var. Fəxr etdim ki, artıq vaxt gəlib, oğlum atasının torpağını azad edəcək. Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin. Mən də gözə almışdım ki, oğlum şəhid ola bilər. Qismət belə gətirib ki, o salamat gəldi çıxdı”. 

Qəhrəmanımızın Birinci Qarabağ müharibəsinin qazisi olan əmisi Mais Əliyev də bu qələbənin sevincini yaşayır. O deyir ki, qazi olmaq həm şərəfdir, həm də çətindir:

“Mən özüm də müharibədə iştirak etmişəm. Fred Asifi, Allahverdi Bağırovu və digər qəhrəman döyüşçülərimizi görmüşəm. Fəxr edirəm ki, bu günləri gördük. 

Taleh doğulanda sevincimizin həddi-hüdudu yox idi. Çünki düşünürdük ki, oğul dünyaya gəlib, vətəni qoruyacaq. Fəxr edirəm ki, Taleh bizim başımızı uca tutdu. Allah qoysa, sizi Talehin toyuna da çağıracağam. Onun toyunu Ağdamdakı evlərində edəcəyik”. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı