SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1889_amea-aliml-rinin-sudan-s-m-r-li-istifad-y-dair-dov

ELM VƏ TƏHSİL

Hamısı

AMEA alimlərinin sudan səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsi müzakirə olunub

(3 Yil, 4 Ay öncə) 806 İzlenme 0 Yorum
AMEA alimlərinin sudan səmərəli istifadəyə dair Dövlət Proqramının layihəsi müzakirə olunub

ÜMİDTV:      Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər - Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin digər üzvü, akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademik Kamal Abdullayevə 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanını təqdim edib. 

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

Akademik-katib, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov yığıncağın gündəliyinə çıxarılan ilk məsələnin AMEA-nın Yer, Biologiya və Tibb Elmləri bölmələri tərəfindən hazırlanmış “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı”nın layihəsi haqqında olduğunu bildirib.

Mövzu ilə bağlı çıxış edən akademik Ramiz Mehdiyev ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, həmçinin su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli Sərəncam imzalandığını xatırladıb. Qeyd edib ki, Sərəncama əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib, Tədbirlər planının icrası ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. 

R.Mehdiyev Sərəncamdan irəli gələrək bu ilin avqust ayında AMEA Rəyasət Heyətinin iclasında ölkədə su təsərrüfatının vəziyyətinin yaxşılaşdırılması sahəsində geniş elmi tədqiqatların aparılmasına dair müzakirələrin keçirildiyini və akademiyada tanınmış alimlərdən ibarət İşçi Qrupunun yaradıldığını söyləyib. Diqqətə çatdırıb ki, prioritet istiqamətlərlə bağlı hazırlanmış təkliflər elmi bölmələrdə müzakirə edilərək müəyyənləşdirilib və yekunda “Azərbaycanın su mənbələrinin qiymətləndirilməsi, qorunması və su ehtiyatlarından səmərəli istifadə edilməsinə dair 2021-2024-cü illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb.

Sonra Dövlət Proqramı təqdim edilib. Bildirilib ki, Dövlət Proqramının layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılıb.

AMEA-nın Yer və Biologiya və Tibb Elmləri bölmələri tərəfindən hazırlanmış Dövlət Proqramının həyata keçirilməsinin respublikamızda ilk dəfə olaraq su mənbələrinin hər bir qrupuna aid olan su obyektlərinin əsas kəmiyyət, keyfiyyət göstəriciləri və ekoloji şəraitinin qiymətləndirilərək müxtəlif mənşəli su ehtiyatları haqqında müasir tələblərə cavab verən kompleks məlumat bazasının yaranmasına imkan verəcəyi qeyd edilib. 

Sonra Rəyasət Heyətinin qərarı ilə Dövlət Proqramının layihəsi qəbul edilib və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırılması qərara alınıb.

İclasda müzakirə edilən məsələlər ətrafında akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, professor Elton Məmmədov, hüquq elmləri doktoru Habil Qurbanov, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev və digərləri müvafiq təkliflərlə çıxış ediblər.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək qeyd edib ki, bu gün Azərbaycan elminin prioritet inkişaf istiqamətləri üzrə tədqiqatlar daha da genişləndirilməli və bu yöndə Rəyasət Heyəti tərəfindən alimlərə zəruri dəstək verilməlidir. Elmin bəşəriyyətin gələcəyini müəyyənləşdirən başlıca faktorlardan olduğunu vurğulayan Akademiya rəhbəri AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyətini dövrün tələblərinə uyğun, müasir texnologiyalardan istifadə etməklə qurmasının əhəmiyyətini bildirərək müvafiq tapşırıqlarını çatdırıb.


ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı