SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1860_agdamin-isgaldan-azad-olunmasi-moht-s-m-bir-q-l-b-

MAQAZİN

Hamısı

Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir - Əməkdar artist

(3 Yil, 5 Ay öncə) 516 İzlenme 0 Yorum
Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir - Əməkdar artist

Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir. Bu gün bütün xalqımızın, millətimzin bayramıdır.

Bunu Trend-ə əməkdar artist, Ağdamdan olan xanəndə Təyyar Bayramov deyb.

O, bildirib: "Bu gün ağdamlılar üçün ikiqat bayramdır. Təkcə Ağdam yox, işğaldan azad olunan bütün ərazilərimiz, kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz xalqımız üçün əzizdir. Bu bayramı bizə yaşadan qüdrətli Ali Baş Komandanımıza, qüdrətli ordumuza minnətdarıq, şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Doğulub boya-başa çatdığım rayon mənfur düşməndən azad olundu, bu, tarixi bir qələbədir. Xalq olaraq, millət olaraq alnıaçıq şəkildə bütün dünya ölkələri içərisində deyə biləcəyik ki, qüdrətli bir dövlətik. Mən Ağdamdan çıxanda 16 yaşım olub, ermənilərin bütün vəhşiliklərinin canlı şahidi olmuşam. Çətin günlər görmüşük, müharibədə atamı itirmişəm. Mənfur düşmən bu gün bütün işğal olunmuş ərazilərimizdə olduğu kimi, Ağdamda da daşı daş üstündə qoymayıb. Bu torpaqların hər qarışı bizim üçün müqəddəsdir. 27 il idi ki, qəlbimizdə Ağdam nisgili var idi və son illər Vətən həsrəti dözülməz bir hissə çevrilmişdi.

Bu gün bu möhtəşəm sevinci millətimiz yaşadı. Elə bir senic yoxdur ki, mənim üçün bundan üstün olsun. Bu gün qanı bahasına o torpaqları işğaldan azad edən şəhidlərimizin, Vətən həsrəti ilə ölənlərimizin, dünyasını dəyişmiş insanlarımızın, Üzeyirimizin, Bülbülümüzün, Xan əminin ruhu şaddır. Bu gün xalqımızın, millətimizin bayramıdır".

 


ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı