SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1783_-az-riqaz-iki-ovladi-on-c-bh-d-olan-ail-nin-qazla-

SON XƏBƏR

Hamısı

​“Azəriqaz” iki övladı ön cəbhədə olan ailənin qazla təminatı üçün 1200 manat istəyir – “Qaz xətti ilə evimizə qədər olan məsafə 100 metrdir” / ŞİKAYƏT

(3 Yil, 5 Ay öncə) 2,61 B İzlenme 0 Yorum
​“Azəriqaz” iki övladı ön cəbhədə olan ailənin qazla təminatı üçün 1200 manat istəyir – “Qaz xətti ilə evimizə qədər olan məsafə 100 metrdir” / ŞİKAYƏT

ÜMİDTV:      Ali Baş Komandanın savaş əmri verdiyi vaxtdan Vətən müharibəsinə könüllü olaraq qatılan igidləriiz döyüşlərdə də əsil qəhrəmanlıq nümayiş etdirdilər. Məhz bu qəhrəmanların sayəsində kreslolarında rahat oturan, hələ də köhnə adətlərinə əl çəkməyən bəzi məmurlar Vətənin xidmətində olan əsgər ailələrinə biganə yanaşmaqda davam edirlər.

Müxalifət az saytına Göyçaydan daxil olan əsgər ailəsinin şikayətini dərc etməyi özümüzə borc bildik.  Həmin şikayəti müəllifi olan saytın elə öz dəsti-xətti ilə təqdim edirik. 

Göyçay rayonu, Müskürlü kənd sakini Həsrətov Ruslan Əmir  oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. İki övladının hərbi xidmətdə olduğunu deyən ailə başçısı, mənzilinə qaz çəkilməsi üçün saytımız vasitəsilə aidiyyəti qurumlara müraciət ünvanlayıb:
“Mən iki əsgərin ailəsi olaraq Azərbaycan dövlətindən, Azərbaycan xalqından kömək istəyirəm!
Mən 4 azyaşlı uşağımla Göyçay rayonu Müskürlü kəndində, acınacaqlı, yoxsulluq şəraitində yaşayıram. Evimə qaz xətti çəkilmədiyi üçün qışda soyuqdan əziyyət çəkirik. Hansı ki, mövcud qaz xətti ilə evimizə qədər olan məsafə cəmi 100 metrdir.
Evimizə qaz xəttinin çəkilməsi üçün "Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regioanal Qaz İstismarı İdarəsinin Göyçay xidmət sahəsi məndən 1200 manat pul istəyir. Buna isə mənim maddi imkanım yoxdur. Çünki işsizəm, 4-ü azyaşlı olmaqla 6 nəfərdən ibarət ailəm var. Bizim yaşayışımızı gəlib gözləri ilə görən olsa, dəhşətə gələr.
Qazın olmamasına görə, soyuq evdə yaşadığımız üçün 4 yaşlı uşağımın ağciyərinə su gəlib, həyat yoldaşım qaraciyər xəstəliyinə yoluxub. Növbəti qışda qazımız olmasa, ailəmiz, azyaşlı uşaqlarım soyuqdan xəstələnib öləcəklər.
Qeyd edim ki, ailəmin iki üzvü Yusif və Pərvin Həsrətzadə qardaşları Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq ön cəbhədə iştirak edirlər.
Çıxılmaz vəziyyətdə ölümlə üz-üzə qalsaq da, ümidimizi üzməmişik, Azərbaycan xalqına, Azərbaycan dövlətinə güvənib bu müraciəti edirik. Xahiş edirəm, yalvarıram, azyaşlı uşaqlarımın xəstəlikdən ölməməsi üçün evimizə qaz xəttinin çəkilməsinə köməklik göstərəsiniz”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı