SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1777_fransa-az-rbaycanin-q-l-b-sini-h-zm-ed-bilmir

MÜSAHİBƏ

Hamısı

Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir

(3 Yil, 4 Ay öncə) 855 İzlenme 0 Yorum
Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir

ÜMİDTV:     Azərbaycanın Müzəffər Ordusu və diplomatiyasının son qələbələri indiyədək Ermənistanı gizli dəstəkləyən bəzi dövlətləri və qüvvələri maskalarını çıxarmağa məcbur edib. Onlar bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinin beynəlxalq hüquq və reallıqlara əsaslanması qarşısında acizdirlər, digər tərəfdən isə qəhrəman hərbçilərimizin döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməklə son 30 ilin status-kvosunu məhv etməsi ilə barışa bilmirlər. Çox böyük təəssüflə qeyd etməliyik ki, bu qüvvələrdən danışarkən biz ilk növbədə Fransanın adını çəkməliyik. 

Fransa o dövlətdir ki, ATƏT-in Minsk qrupunun üç həmsədrindən, BMT Təhlükəsizlik Şurasının beş üzvündən biridir. Fransa Dağlıq Qarabağ problemi ilə bağlı BMT TŞ-nin dörd qətnaməsinin qəbul edilməsinə səs verən ölkədir, yəni Fransanın Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmasını tələb edən sənədlərin altında imzası var. Bu baxımdan, bu dövlətin neytrallıq prinsipini kobudcasına pozub münaqişə tərəflərindən birini aşkar dəstəkləməsi bir yana, özünün imzasına hörmət etməməsi həqiqətən də tarixdə nadir rast gəlinən bir haldır. İndi biz deyə bilmərik, sərgilənən bu mövqe Fransanın hakim qüvvələrinin diplomatik iflasıdır, yoxsa onların həddindən ziyadə erməni sevgisinin nəticəsi. Ancaq fakt odur ki, bu ölkə mütəmadi olaraq ermənipərəst aksiyaları ilə yadda qalıb və Azərbaycan ictimaiyyətində Parisdə oturanların ədalətinə, neytrallığına və tərəfkeşsizliyinə inam qalmayıb. Bunun günahkarı ilk növbədə Fransa rəhbərliyinin özüdür. 

Biz unutmamışıq ki, Fransa saxta “erməni soyqırımı”nı ilk tanıyan dövlətlərdəndir. Fransa bu yanlış iddianı inkar edən şəxsin həbs edilməsinə sanksiya verən, bütün səviyyələrdə Ermənistana maddi və mənəvi yardım göstərən ölkədir. Erməni diasporu ilə sıx əməkdaşlıq edən dövlət orqanlarında milliyyətcə ermənilər təmsil olunur. 

İkinci Qarabağ müharibəsinin ilk günlərində hətta Fransa parlamentinə separatçı qurumun “müstəqilliyi”nin tanınmasını nəzərdə tutan təşəbbüsün keçirilməsi cəhdi olunub. Fransa Ermənistana frankofon birlik vasitəsilə güclü nüfuz etməkdədir. Fransanın Ermənistana səfər edən prezidentləri mütləq halda iki ölkə arasında olan siyasi, mədəni, hümanitar münasibətlərin möhkəmliyi və sarsılmazlığına dair çoxsaylı bəyanatlar verir. 

İndi məlumatlar dolaşır ki, paytaxt Paris qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıya bilər. Təbii ki, gülünc və cılız təşəbbüsdür. Tanıyıb nə edəcəksiniz? Və ya nəyi, kimi tanıyacaqsınız? Belə bir qurum var ki? Nə qalıb ondan? Əhalisi qorxudan qaçıb sığınıb İrəvanın otellərinə, küçələrinə. Ordusu darmadağın edilib, sinələrinə döyən “liderləri” ağ bayraq qaldırıb Azərbaycan əsgərindən imdad diləyiblər. Əgər Paris boyda şəhər, Fransa boyda dövlətin paytaxtı bir qrup qorxaq, məğlub separatçını “dövlət” kimi tanıyacaqsa, nə yazıq Fransanın dünyadakı yeri və nüfuzuna, nə yazıq Fransanın sadə vətəndaşına. Çünki o vətəndaşın ödədiyi vergiləri Fransa dövləti belə mənasız, avantürist siyasi təxribatlara xərcləyir. 
Yeri gəlmişkən, Paris meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. A.Toronyan fransız ermənilərin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. 2015-2018-ci illərdə Paris meri A.İdalqo Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb. İdalqo Ermənistanda yaradılmış “TUMO Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub. Paris meri seçkiləri keçirilən zaman A.İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar. A.İdalqo 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə iştirak edib. 

Belə görünür ki, bu dövlətin liderləri Azərbaycanın qələbəsi ilə yanaşı Rusiya və Türkiyənin uğurlu vasitəçiliyini də həzm edə bilmir, qısqanırlar. Fransa prezidenti Makron 44 günlük müharibə ərzində gah prezident İlham Əliyevə, gah Rusiya lideri Vladimir Putinə, gah da Ermənistanın məğlub və aciz baş naziri Paşinyana saysız-hesabsız zənglər edib. Böyük dövlətlərin başçılarına yaraşmayan tərzdə yüngülçəkili xarici siyasətə baş vuran Makron problemin Moskva və Ankaranın səyləri ilə normal məcraya yönəlməsini qəbul edə bilmir. Hər dəfə Moskva və Ankara tərəfindən belə demək mümkündürsə, “yola verilməsi”ni necə həzm edib, üstündən keçir, anlamaq çox çətindir. Müharibənin ilk günlərində ordumuzun üstünlüyünü görən Makron bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın nəzarətinə keçə bilməz. Sonra xarici işlər naziri ziddiyyətli və təzadlı bəyanatlarla yadda qaldı. Ancaq heç bir nəticə əldə edə bilmədilər. Fransa liderləri Ermənistanı özlərinin “kiçik bacıları” adlandırırlar. Bəlkə Paris diplomatik məğlubiyyətini qəbul edib döyüş meydanında rüsvay olan “kiçik bacısı”na ağıl versə, daha yaxşı olar? Fransada növbəti seçkilərə hələ çox var, o vaxtadək belə uğursuz təşəbbüslər Makronu həm öz vətəndaşlarının gözündən salır, həm də Parisin reputasiyasına ciddi zərbə vurur. Parisdəkilər bilməlidir ki, Afrika ölkələrində soyqırımı törətdikləri dövrdə yaşamırıq. Azərbaycan da o ölkələrdən deyil ki, Fransa kiçik “bacısı”na görə bizimlə hədə dilində danışsın. Status-kvo yoxdur, heç bir statusdan söhbət gedə bilməz, Qarabağ isə Azərbaycandır! Kimin xoşuna gəlmirsə, öz problemidir!

Elnur Allahverdiyev,
Milli Məclisin deputatı


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı