İQTİSADİYYAT

Hamısı

Azərbaycanda 411 min nəfərə sosial müavinət, 290 min şəxsə Prezident təqaüdü verilib

(7 Gün, 9 Saat öncə) 689 İzlənmə
Azərbaycanda 411 min nəfərə sosial müavinət, 290 min şəxsə Prezident təqaüdü verilib

ÜMİDTV:       2020-ci il oktyabrın 1-i vəziyyətinə görə əhaliyə təyin olunmuş sosial müavinət, kompensasiyalar və Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı haqqında məlumat verilib.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, müvafiq dövr ərzində 411 min 642 nəfərə sosial müavinət təyin olunub.

Bir nəfərə düşən orta aylıq məbləğin həcmi isə 119 manatı təşkil edib.

Eləcə də, 18 yaşından yuxarı əlilliyi olan 183 min 776 şəxsə, həmçinin, 56 min 71 sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara sosial müavinət təyin edilib.

2020-ci ilin doqquz ayı ərzində 66 min 840 nəfərə isə birdəfəlik müavinətlər təyin olunub.

Məlumatda qeyd edilib ki, cari dövrdə 290 min 720 nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən faydalanıb. Bir nəfərə düşən orta aylıq məbləğ isə 93,81 manatı təşkil edib.

Eləcə də, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 37 min 281 şəxsə təqaüd təyin olunub. Bu kateqoriya üzrə bir nəfərə düşən orta aylıq məbləğ isə 244,69 manat olub.  

Həmçinin, 21 min 188 müharibə ilə əlaqədar əlilliyi olan şəxsə, o cümlədən, 15 min 81 Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxsə, 3 min 246 hərbi xidmət vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar əlilliyi olan şəxsə Prezident təqaüdü təyin olunub. 

Qeyd edək ki, bu statistika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən hazırlanıb.


BIST
13210,53
ALTIN
464,858-0,09
EURO
9,53282,35
DOLAR
8,02431,86
Arxiv
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 10 şəxs qatıldı