SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1748_semyon-uralov-pasinyan-hec-olmasa-cox-sayda-insani

MÜSAHİBƏ

Hamısı

Semyon Uralov: “Paşinyan heç olmasa çox sayda insanın ölümünə görə mühakimə edilməlidir" - MÜSAHİBƏ

(3 Yil, 5 Ay öncə) 1,77 B İzlenme 0 Yorum
Semyon Uralov: “Paşinyan heç olmasa çox sayda insanın ölümünə görə mühakimə edilməlidir" - MÜSAHİBƏ

ÜMİDTV:   “Mən heç vaxt Azərbaycanda olmamışam, ancaq Ermənistanda olmuşam. Burada mənimlə Qarabağ münaqişəsi barədə danışmağa çalışdılar. Mən həmişə vəziyyətə qarşı tərəfin gözü ilə baxmağı təklif etdim. Azərbaycan SSR məğlub oldu. Bakıda ittifaq mərkəzinin köməyinə ümid edirdilər, İrəvan isə Sovet İttifaqından çıxmaq yolunu tutdu. İndi Ermənistan milli alçalmanı yaşayır, vəziyyət kökündən dəyişib”.

Bu sözləri Media.Az-a müsahibəsində rusiyalı politoloq, SONAR-2050 analitik layihəsinin şef-redaktoru Semyon Uralov deyib.

“Rusiyada ümid edirlər ki, mövcud atəşkəs uzunmüddətli bir sülh olacaq və yeni müharibə mərhələsinə keçməyəcək. İndi nə baş verdi? “Kazan formulu” və “Madrid prinsipləri” üzrə razılaşmaların həyata keçirilməsi yalnız hərbi yolla mümkün oldu. Bununla yanaşı, Azərbaycan yalnız yeddi rayonu deyil, həm də Şuşanı, Hadrutu və Qarabağın dağlıq hissəsindəki digər yaşayış məntəqələrini də azad etdi. Eni beş kilometr olan Laçın dəhlizi saxlanılır və Zəngəzur vasitəsilə “kontinental” Azərbaycanla Naxçıvan arasında dəhliz açılır.

Ermənistanda böhrandır, çox sayda bəyanatlar, qışqırıqlar və fəryadlar eşidiləcək. Lakin buna diqqət yetirməyin bir anlamı yoxdur. Razılaşmaların yerinə yetirilməsinin əsas qarantı Rusiyadır. Ermənistan əhalisinin yarısı olmasa da, ən azı üçdə biri bizim ərazimizdə yaşayır. Azərbaycanlılar da çoxdur. Rusiyada Azərbaycan və erməni əsilli artistlər, alimlər, oliqarxlar var. Xalqlarımız yüzillərdir bir-biri ilə inteqrasiya olunub. Bütün bunlar yekun həllə kömək edəcək”, - deyə ekspert bildirib.

Ekspert həmçinin Nikol Paşinyanın son günlər yenidən Qarabağın müstəqilliyinin tanınması ilə bağlı köhnə ritorikasına qayıtması barədə sualı da cavablandırıb:
“Bu, hər zaman erməni tərəfinə işarə etdiyim şizofreniyadır. Özün etmədiyini başqalarından tələb etmək olmaz. Ermənistanın qəti bir mövqeyi yoxdur, bu səbəbdən də Paşinyan kimi Sorosun tör-töküntülərinin hakimiyyətə gəlməsi mümkün olur. Bakıda Ermənistanın baş nazirinə tamamilə düzgün qiymət verildi. Qafqazda öz sözlərinə görə cavab vermək lazımdır, Nikol Paşinyan isə zəiflik və iradəsizlik üzündən öz sözlərinə görə cavab vermir. Şəxsi fikrim budur ki, Paşinyan heç olmasa çox sayda insanın ölümündə günahkar olduğuna görə mühakimə olunmalıdır”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı