SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1680_tap-kommersiya-m-liyyatlarina-baslayir-foto

İQTİSADİYYAT

Hamısı

TAP kommersiya əməliyyatlarına başlayır - FOTO

(3 Yil, 5 Ay öncə) 1,29 B İzlenme 0 Yorum
TAP kommersiya əməliyyatlarına başlayır - FOTO

Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur.

Bu barədə TAP konsorsiumu məlumat yayıb.

Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi olan Trans-Adriatik Boru Kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək, kommersiya əməliyyatlarına başlayıb.

Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

TAP-ın idarəedici direktoru Luca Schieppati belə şərh edib:

“Bu gün uzunmüddətli perspektiv planlar gerçəkləşir! Mən ilk növbədə layihəyə cəlb olunmuş bütün insanların sədaqəti və fədakarlığı, səhmdarlarımızın, dəyər zənciri üzrə bütün hökumətlərin, Avropa İttifaqının, layihə üzrə çalışmış tədarükçü və podratçıların möhkəm inamı və qətiyyəti sayəsində gerçəkləşmiş bu nailiyyətə görə hədsiz qürur duyuram.

Yeni nəqliyyat sistemi operatoru kimi, ən yaxşı sənaye praktikası və standartlarına uyğun işlənmiş və inşa edilmiş TAP iki cəhətdən diversifikasiya üçün imkan yaradır: kəmər yeni və davamlı enerji marşrutu və eyni zamanda gələn onilliklərdə Avropanın milyonlarla istehlakçısına qaz çatdıracaq etibarlı mənbədir”.

TAP Direktorlar Şurasının sədri Murad Heydərov əlavə edib ki, Cənub Qaz Dəhlizi Azərbaycandan Avropaya əsas təbii qaz daşıyıcısı və hazırda enerji nəqlinin ən müasir və etibarlı sistemlərindən biridir:

“3500 kilometrlik Cənub Qaz Dəhlizinin əsas komponentlərindən olan TAP özündə strateji və bazar rəqabəti xüsusiyyətlərini birləşdirir. Avropa İttifaqının inteqrasiya edilmiş enerji bazarına və davamlı, etibarlı və çoxşaxəli enerji istehlakı strukturuna nail olmaq kimi əsas hədəflərini dəstəkləyən, təmiz enerji nəqli istiqamətində davam edən axınlara töhfə verən layihə Avropanı daha bir tədarük mənbəyi ilə təmin edir”.

TAP layihəsinin icrası dövründə qeydə alınmış bəzi faktlar və rəqəmlər:

- Yunanıstan (550 km), Albaniya (215 km) əraziləri, Adriatik dənizinin dibi ilə (105 km) keçərək, İtaliya sahillərinə (8 km) çıxır.

- Ümumi çəkisi 520 000 ton olan təxminən 55 000 boru kəməri parçası; Albaniya dağlarında 2100 metr hündürlükdən Adriatik dənizində 810 metr dərinliyə qədər tikinti işləri.

- 50 milyon insan-saatdan çox iş həcmi, 140 milyon kilometrlik avtomobil hərəkəti; böyük insidentlər olmadan dünya standartlı təhlükəsizlik rekordu.

- 3.9 milyard avro məbləğində layihə maliyyələşdirilməsinin etibarlı təminatı və torpaq icarədarlarının sosial və ekoloji tələblərinə riayət olunması.

- Kəmərin marşrutu boyunca yerli icmalarla davamlı ünsiyyətdə olan TAP etibarlı münasibətlər qurmuş və geniş spektrdə sosial və ekoloji investisiyalar həyata keçirərək, insanların həyatında real dəyişikliklər yaradıb.

- Mükəmməllik, insan amili, dürüstlük və məsuliyyət dəyərlərinə əsaslanan və “nəticəyə necə nail olmağımız nəticənin özü qədər vacibdir” şüarında əks olunan güclü bir korporativ mədəniyyətin qurulması.

TAP səhmdarları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar veriblər.

Trans-Adriatik Boru Kəməri (TAP) haqqında

TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. 878 km-lik kəmər Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək, Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır.

TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır.

Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi, TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsiliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin, karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı