SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1619_az-rbaycanin-dovl-t-siyas-tin-zidd-aciqlamasina-go

SON XƏBƏR

Hamısı

Azərbaycanın dövlət siyasətinə zidd açıqlamasına görə deputata töhmət verildi

(3 Yil, 5 Ay öncə) 1,10 B İzlenme 0 Yorum
Azərbaycanın dövlət siyasətinə zidd açıqlamasına görə deputata töhmət verildi

Noyabrın 13-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, iclasda deputat Könül Nurullayeva barəsində intizam tədbirinin tətbiqi məsələsinə baxılıb. 

Qeyd olunub ki, noyabrın 12-də Türkiyənin TV Net telekanalına müsahibə verən K.Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər Azərbaycanın dövlət siyasətinə ziddir, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir.

Ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Könül Nurullayeva deyib ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil.

Komissiyanın üzvləri qeyd ediblər ki, son 200 ildə müntəzəm olaraq Azərbaycan xalqına qarşı təcavüz aktları həyata keçirən, torpaqlarımıza göz dikən, 30 il Dağlıq Qarabağ bölgəsini  və ətraf rayonları işğalda saxlayan, həmin ərazilərdə dəhşətli dağıntılar törədərək, Azərbaycan insanlarına və ölkənin iqtisadiyyatına, tarixi-mədəni-dini obyektlərimizə milyardlarla manatlıq ziyan vuran, Xocalı soyqırımını törətmiş olan Ermənistandan təzminat tələb etmək bizim haqqımızdır və belə bir prosedur beynəlxalq hüquqda təsbit olunub.

Bildirilib ki, Vətən Müharibəsi ilə, xalqımızın ümdə hüquqları ilə bağlı çıxışlarında hər bir deputat məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını mütləq nəzərə almalıdır.

Müzakirələrin yekununda İntizam komissiyası deputat Könül Nurullayeva barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı