SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1609_erm-nil-r-az-rbaycani-mudafi-ed-n-niderlandli-depu

DÜNYA

Hamısı

Ermənilər Azərbaycanı müdafiə edən niderlandlı deputatı təhdid edirlər

(3 Yil, 4 Ay öncə) 538 İzlenme 0 Yorum
Ermənilər Azərbaycanı müdafiə edən niderlandlı deputatı təhdid edirlər

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Niderland və Belçika Krallıqlarında yaşayan soydaşlarımız Qarabağda tarixi qələbəmiz və bundan sonra Azərbaycan diasporunun qarşısında duran vəzifələrlə bağlı virtual görüş təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın şanlı qələbəsi ilə başa çatması münasibətilə iştirakçıları təbrik edib və qeyd edib ki, rəşadətli ordumuzun şücaəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə əldə olunmuş bu möhtəşəm qələbə bundan sonra dünya azərbaycanlılarının qarşısında Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsi üçün yeni vəzifələr qoyur.

“Azərbaycan diasporunun əvvəllər əsas vəzifələrindən biri ölkəmizin haqq səsini dünyaya çatdırmaq idisə, artıq hədəflərimiz və fəaliyyət istiqamətimiz dəyişir.

Bundan sonra Qarabağın zəngin mədəni irsinin dünyada təbliği, turizmin inkişafına yeni töhfə vermək  fəaliyyətimizin prioritetini təşkil edəcək. Biz xarici ölkələrin KİV-lərini daha geniş məlumatlandırmalı, dövlətimizə dəstək olmalıyıq. Bu baxımdan, bizim görüşlərimiz daha intensiv olacaq”.

Görüşdə çıxış edən Niderland Parlamentinin deputatı Tunahan Kuzu da bu tarixi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün ermənilər onu təhdid etməyə başlayıblar:

“Lakin mən öz  mövqeyimdən əl çəkməyəcəyəm. Bütün beynəlxalq ictimaiyyətin bildiyi kimi Qarabağ Azərbaycandır, bu gün  Azərbaycan bayrağının Şuşa şəhərində və Ermənistanın işğalından azad edilmiş digər torpaqlarında dalğalandırılması qürurvericidir”.

Maisə Ağamirzəyeva, Aynur Məmmədova, Vüqar Abbasov, İlhan Aşkın, Ayhan Dəmirçi, Səbuhi Məmmədov, Firəngiz Bağırova, Elsevər Məmmədov və qələbə sevincini bölüşən digər soydaşlarımız  bundan sonra da Azərbaycan dövlətinin yanında olduqlarını və milli maraqlarımızın müdafiəsi üçün yumruq kimi birləşəcəklərini bəyan ediblər.

37 soydaşımızın iştirak etdiyi görüşdə qələbənin qarşımızda qoyduğu yeni vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı