SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1579_ombudsman-m-cburi-kockunl-rin-pozulan-huquq-v-azad

SİYASƏT

Hamısı

Ombudsman: “Məcburi köçkünlərin pozulan hüquq və azadlıqları bərpa edildi”

(3 Yil, 5 Ay öncə) 1,37 B İzlenme 0 Yorum
Ombudsman: “Məcburi köçkünlərin pozulan hüquq və azadlıqları bərpa edildi”

Ombudsman Səbinə Əliyeva xalqı müstəqil Azərbaycanın möhtəşəm qələbəsi münasibəti ilə təbrik edib.

Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. 

Təbrik müraciətində deyilir: 

“Əziz xalqımız, hörmətli həmvətənlər!

10 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixində ən parlaq səhifələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində uğurlara imza ataraq 30 ilə yaxındır ki, dərin həsrətlə gözlədiyimiz böyük Qələbə sevincini bizə yaşatdı. 

Ermənistanın ölkəmizə təcavüzünün qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin 27 sentyabr tarixindən etibarən sülhə məcburetmə əməliyyatı adlandırılan zəfər yürüşünə başlayan Azərbaycan Ordusu qısa bir dövr ərzində həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində qarşı tərəfin 30 il ərzində böyük məbləğdə vəsait sərf edərək qurmuş olduğu çoxsaylı müdafiə istehkamlarını vurub dağıtdı və onun “yenilməz” hesab etdiyi ordusunu məğlubiyyətə düçar etdi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində Azərbaycanın uzun illərdir işğal altında qalan 5 şəhərini, 4 qəsəbəsini, 286 kəndini, çoxsaylı strateji yüksəkliklərini, xüsusilə də Qarabağın incisi, mədəniyyət beşiyi, ölkəmizin qədim tarixə malik şəhərlərindən olan Şuşanı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa etməklə öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Artıq müstəqil dövlətimizin üçrəngli, ay-ulduzlu dövlət bayrağı respublikamızın bütün guşələrində olduğu kimi, Şuşada və işğaldan azad edilmiş digər torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır.

Bu gün bir daha böyük qürur və sevinc hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları birgə Bəyanata əsasən artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xalqımızın tarixi qələbəsi ilə son qoyulur. 

Əldə olunan qələbələr Ermənistanı Ağdam, Laçın və Kəlbəcəri siyasi yolla qaytarmağa məcbur edir. Ali Baş Komandan eyni zamanda bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi. 

Bütün bunlar qəlbi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlıya sevinc və sonsuz qürur hissi yaşadan möhtərəm Prezidentimizin daxili və xarici siyasəti, müzəffər Ali Baş Komandan kimi rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu həmlələr, Birinci vitse-prezident, xanım Mehriban Əliyevanın müdrik siyasəti və öz mənəvi dəstəyini xalqımızdan əsirgəməyən dost və qardaş ölkələrin  prinsipial mövqeyi nəticəsində mümkün olub.

Şəhidlərimizin qanı bahasına əldə olunmuş möhtəşəm qələbə münasibətilə xalqımızı ürəkdən təbrik edir, torpaqlarımızı Ermənistanın işğalından azad edən bütün əsgərlərimizə bu şərəfli yolda möhkəm cansağlığı, güc-qüvvət diləyirəm!

Müstəqil Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımıza Allah  rəhmət eləsin, yaralılar tezliklə şəfa tapıb öz sağlamlıqlarına qovuşsunlar.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Yaşasın müzəffər Ali Baş Komandan, Birinci vitse-prezident və qüdrətli Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı