SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1554_tarix-yazan-s-rk-rd-prezidentliyin-b-didir-r-hamn-

SON XƏBƏR

Hamısı

TARİX YAZAN SƏRKƏRDƏ, PREZİDENTLİYİN ƏBƏDİDİR ! –Rəhamn Cəbiyev ÜmidTv

(3 Yil, 4 Ay öncə) 2,82 B İzlenme 0 Yorum
TARİX YAZAN SƏRKƏRDƏ, PREZİDENTLİYİN ƏBƏDİDİR ! –Rəhamn Cəbiyev ÜmidTv

Şəhidlərimizin qanı bahasına əldə olunan müstəqilliyimizin təhlükə altında olan bir vaxtda, xalqın tələbi ilə ağır bir məsuliyyəti üzərinə götürən Ümummilli Lider Heydər Əliyev, yüksək siyasi iradə nümaiş etdirərək, Azərbaycanı gözlənilən təhlükələrdən qurtara bildi və yorulmadan Azərbaycan xalqına xidmət edərək uğurlu siyasi kursu ilə Yeni Azərbaycanın təməlini qoydu. Bununlada Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycanın qurucusu və banisi olaraq tarixi yadaşımıza həkk olundu.   Ümummilli Lider Heydər Əliyevin missiyası bununla da yekunlaşmadı. Müstəqilliyimizin əbədiyyəti üçün Yeni Azərbaycanı əmin əllərdə saxlamaq üçün, uğurlu siyasi kursunu davam etdirmək üçün Prezident İlham Əliyevi yetişdirməklə bu xalqa əmanət etdi.  

Prezident İlham Əliyev xalqa rəhbərlik etdiyi dövrdən bu günə qədər uğurlu siyasəti ilə Azərbaycanı günü-gündən inkişaf etdirməklə dünya ölkələri sırasında mühüm yer tutmasına nail oldu.  Prezidentlik dönəmində bütün imkanlarını Azərbaycan xalqının rifahının yaxşılaşmasına, ölkəmizin inkişafına sərf edən cənab İlham Əliyev, 2020-ci il dönəmində 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızı qısa müddətdə işğaldan azad etməklə tarix yazdı.  Prezident İlham Əliyevin yüksək iradəsi və uğurlu siyasəti nəticəsində ölkəmizdə elə bir istimai, siyasi, iqtisadi hərbi siyasi mühit formalaşdı ki, müharibə gedən bir ölkədə, ölkə vətəndaşları  heç bir sosial sıxıntı ilə rastlaşmadı. 

Bundan başqa ölkə Başçısı iradə nümaiş etdirərək ümummilli birliyi bərqərar etdi.  Bu gün Ali Baş Komandanın rəhbərliyi  altında formalaşdırılan qüdrətli Azərbaycan ordusu düşməni darmadağın edərək Müasir Azərbaycanın müasir tarixini yazır.  Yeni Azərbaycanın qurucusu Ümummilli  Lider Heydər Əliyevin Siyasi Kursunun davamçısı olan, xalqın sevimlisi İlham Əliyev cənabları, bu gün tarix yazmaqla Müasir Azərbaycanın  əvəzolunmaz tarixi Sərkərdəsi və Müasir Azərbaycanın qurucusu olduğunu təsdiq etdi. 

Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan Xalqı, Yaşasın Ali Baş Komandan, Yaşasın rəşadətli Azərbaycan Ordusu !

Əminliklə deyə bilərik ki, bu gün adını tarixə qızıl hərflərlə yazan İlham Heydər oğlu Əliyev  Azərbaycan Respulikasının əvəzolunmaz Lideri və əbədi Prezidentidir. Allah Xalqımızı, Ordumuzu və Ali Baş Komandanımızı qorusun. Biz hər zaman sizinləyik, cənab Prezident.

Qarabağ Azərbaycvandır.

Ümid TRYŞ MMC-nin Prezidenti

Rəhman Cəbiyev

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı