SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1519_-li-hm-dov-susasiz-az-rbaycan-ruhsuz-b-d-ni-xatirl

SİYASƏT

Hamısı

Əli Əhmədov: “Şuşasız Azərbaycan ruhsuz bədəni xatırladırdı, indi bu bədənə ruhu qaytarıldı”

(3 Yil, 4 Ay öncə) 927 İzlenme 0 Yorum
Əli Əhmədov: “Şuşasız Azərbaycan ruhsuz bədəni xatırladırdı, indi bu bədənə ruhu qaytarıldı”

“Gözün aydın, AZƏRBAYCAN! Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim şəhərimiz Şuşanın işğaldan azad edildiyini xəbər verdi. Bu xəbəri bütün Azərbaycan xalqı düz 28 il yarım gözlədi. Və nəhayət, 2020-ci il noyabr ayının 8-də, Dövlət Bayrağı günü ərəfəsində illərlə gözlədiyimiz xəbəri Ali Baş komandanın dilindən eşitdik”. 

Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində Şuşanın azad edilməsi münasibəti ilə fikirlərini paylaşıb.

Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim şəhərimiz Şuşanın işğaldan azad edildiyini xəbər verib:  

“Düşünürəm ki, bu illər ərzində hər azərbaycanlının ən çox eşitmək istədiyi sözlər “Şuşa azad edildi” kəlmələri olub. İndi xalqımız Prezidentin dilindən bu kəlmələri eşidərək tarixi xoşbəxtlik anlarını yaşayır. Şuşanın azad olunması Azərbaycanın tarixinin ən şanlı səhifələrindən biridir. Bu, xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Şuşa xalqımızın tarixini, mədəniyyətini, ləyaqətini və ruhunu ifadə edir. Şuşasız Azərbaycan ruhsuz bədəni xatırladırdı. İndi bu bədənə ruhu qaytarıldı.

Şuşa Azərbaycanın Dövlət Bayrağı günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o Şuşada dalğalanır. Və əbədi dalğalanacaq!
Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsidir. Şuşanın azadlığa qovuşması zati-aliləri İlham Əliyevin tarixi qələbəsidir.
Şuşanın işğalda olduğu 28 il ərzində, qədim şəhərimizin itirildiyi may ayının 8-də heç kim şadlıq etməzdi, təntənəli tədbirlər təşkil edilməzdi, toylar keçirilməzdi. Şuşanın işğalının Azərbaycan xalqı üçün nə qədər böyük itki olduğunu bundan daha təsirli şəkildə heç nə ifadə  edə bilməz. Buna görə də Şuşanın azad edilməsinin milli bayram kimi qeyd olunmağa tam haqqı çatır. Yəqin ki, elə bu cür də olacaq.

Şuşanın azad olmasının sevincini yaşadığımız bu gündə “Çox sağ olun cənab Ali Baş Komandan” demək istəyirəm. Siz bütün Azərbaycan xalqına göz aydınlığı verdiniz. Sizin də  gözünüz aydın. Siz şərəfli bir tarix yaratdınız. Bu tarixin ən gözəl səhifəsində qızıl hərflərlə Sizin adınız yazılıb.

Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, qəhrəman xalqdır. Ən böyük qəhrəman isə İlham Əliyevdir.

Eşq olsun Azərbaycan Ordusuna!

Eşq olsun Azərbaycan xalqına!

Yaşasın Qarabağı azad edən Azərbaycan Qəhrəmanı İlham Əliyev!”.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı