SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1434_ozunum-sgulluq-proqrami-ordumuzun-isgaldan-azad-et

İQTİSADİYYAT

Hamısı

Özünüməşğulluq proqramı ordumuzun işğaldan azad etdiyi ərazilərdə tətbiq olunacaq

(3 Yil, 5 Ay öncə) 8,12 B İzlenme 0 Yorum
Özünüməşğulluq proqramı ordumuzun işğaldan azad etdiyi ərazilərdə tətbiq olunacaq

ÜMİDTV ÖLKƏ:        BMT qətnamələrinə məhəl qoymadan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını, ölkəmizin mülki əhalisinə yönələn terror siyasətini davam etdirir. Oktyabrın 10-da humanitar məqsədlərlə atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan bu razılaşmanı, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə çoxmənzilli yaşayış binalarına “Scud” tipli  ballistik raket atıb.  

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə Dünya Bankının missiyası ilə onlayn görüşdə bildirib. 

Nazir təcavüzkar Ermənistanın bu növbəti terroru nəticəsində içərisində uşaqların, qadınların və yaşlıların da olduğu 10 nəfərin vəfat etdiyini, 34 nəfərin yaralandığını bildirib. O vurğulayıb ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən dinc əhaliyə qarşı hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66  çoxmənzilli yaşayış binası, 1505 yaşayış evi yararsız vəziyyətə düşüb. 

S.Babayev Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları, ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin işğaldan azad olunması istiqamətində əldə etdiyi zəfərlər barədə də məlumat verib. 

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan özünüməşğulluq proqramından bəhs edən nazir bu proqramın ölkədə aztəminatlı ailələrin kiçik biznesə çıxışına şərait yaratdığını deyib. O, cari ildə 12 min ailənin bu proqramın dəstəyi ilə öz kiçik ailə müəssisələrini yaratmaları üçün aparılan işləri qeyd edib. 

Bildirib ki, özünüməşğulluq proqramı Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndini də əhatə edib. Bütün sosial infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları və s. olan, qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilən həmin kənddə 60-dək ailə bu proqrama cəlb olunub. Habelə cəbhəyanı bölgələrdə özünüməşğulluq proqramının əhatə dairəsi ildən-ilə genişlənir. Özünüməşğulluq proqramı Azərbaycan ordusunun bu günlərdə işğaldan azad etdiyi ərazilərdə də geniş vüsət alacaq, həmin ərazilərdə sosial-iqtisadi quruculuğun və inkişafın təmin edilməsinə öz töhfəsini verəcək. 

S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi”nin önəmini vurğulayıb. Layihə üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasının, eyni zamanda məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstəyin verilməsinin və s. nəzərdə tutulduğunu deyib. Bu il üçün 2 min nəfərin bu layihədən faydalanacağını qeyd edən S.Babayev bildirib ki, Layihə üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyən potensial benefisiarlar üçün xüsusi elektron forma da hazırlanıb və nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Görüşdə missiyanın üzvləri Maddalena Honorati (baş iqtisadçı), Sara Maykl (Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri), Mirey Ovadiya (sosial müdafiə üzrə baş mütəxəssis), Sırma Demir Şeker (baş iqtisadçı), Səidə Bağırlı (əməliyyatlar üzrə baş mütəxəssis) ilə birgə layihənin icrası sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı