SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1325_prezident-ilham-liyev-erm-nistan-irqci-dovl-tdir-h

SON XƏBƏR

Hamısı

Prezident İlham Əliyev: “Ermənistan irqçi dövlətdir, heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir”

(3 Yil, 6 Ay öncə) 1,26 B İzlenme 0 Yorum
Prezident İlham Əliyev: “Ermənistan irqçi dövlətdir, heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir”

ÜMİDTV.com:       Azərbaycanda bir çox millətlər bir ailə kimi yaşayır və Azərbaycan dünya miqyasında multikultural ölkə kimi tanınır. Bunu həm Birləşmiş Millətlər Təşkilatı, eyni zamanda, humanitar sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar qeyd edirlər. Azərbaycan tolerantlıq, milli, dini dözümlülük məkanıdır. O cümlədən bizdə bu gün minlərlə erməni yaşayır, onlar bizim vətəndaşlarımızdır. Onlar da başqa millətlər kimi normal yaşayırlar. Əlbəttə, bu müharibə, münaqişə başa çatandan sonra mən əminəm ki, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizimlə bərabər yaşayacaqlar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu CNN-Türk televiziyasına müsahibəsində aparıcının sualına cavabında söyləyib.

Amma Ermənistanda heç bir başqa millətin yaşamadığını vurğulayan dövlətimizin başçısı deyib: “Ermənistan dünya miqyasında çox nadir ölkələrdəndir ki, orada əhalinin yüzdə doxsan doqquzu ermənilərdir. Bütün digər millətlər oradan qovuldu. İlk növbədə, azərbaycanlılar qovuldu, ondan sonra digər millətlər qovuldu. Ermənistan monodövlətdir və bu, bir daha onu göstərir ki, irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxarılır”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı