SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/1153_m-rk-zi-bank-bu-m-liyyatlarla-bagli-xidm-t-haqqi-t

İQTİSADİYYAT

Hamısı

Mərkəzi Bank bu əməliyyatlarla bağlı xidmət haqqı tutmayacaq

(3 Yil, 6 Ay öncə) 1,10 B İzlenme 0 Yorum
Mərkəzi Bank bu əməliyyatlarla bağlı xidmət haqqı tutmayacaq

ÜMİDTV.com:      Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində 5-10 saniyə ərzində tam başa çatdırılması imkanının təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) real rejimdə istismara verilib.

Mərkəzi Bankdan  məlumata əsasən, cari ilin 1 oktyabr tarixindən AÖS-ə inteqrasiya olunmuş banklarda, habelə onların internet və mobil bankçılıq xidmətləri vasitəsilə əhali üçün qeydiyyat, hesablararası köçürmə və ödəniş funksionallıqları istifadəyə təqdim olunub. Qeyd edilən funksionallıqların tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN, VÖEN, mobil nömrə, e-poçt) aparılması imkanı yaradılıb. İstifadəçilər iştirakçı bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə, eləcə də müvafiq bank bölmələrinə müraciət edərək AÖS üzrə qeyd olunan əməliyyatları həyata keçirə bilərlər.

Hazırda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC , “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Premium Bank” ASC, “Muğanbank” ASC, “Bank Avrasiya” ASC, “Expressbank” ASC, “AFB Bank” ASC, “Günay Bank” ASC, “Naxçıvanbank” ASC, “Ziraat Bank Azərbaycan” ASC və “Melli İran Bankı” Bakı filialı AÖS-ə inteqrasiya olunmuşdur. AÖS üzrə xidmətlər “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Expressbank” ASC tərəfindən filial şəbəkəsi, habelə internet və mobil bankçılıq vasitəsilə, digər banklar tərəfindən isə ilkin mərhələ üçün yalnız filial şəbəkəsi vasitəsilə göstərilir.

Əhali və biznes subyektlərinin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutulmayacaq.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksional imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdiriləcək. Cari ilin sonunadək sistemin mobil tətbiqi və internet səhifəsi real rejimdə istismara veriləcək, habelə kiçik təsərrüfat subyektlərinə “QR kod” və “NFC” kimi texnoloji həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqlar təqdim ediləcək. Eyni zamanda, vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin, həmçinin kommunal, rabitə və digər kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş qurumlar tərəfindən göstərilən 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi təmin olunacaq.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı